On the characteric features of information in musical works

Fidan Alakbarova · Terminology Issues · 2023

Musiqi gerçəkliyi əks etdirən incəsənət növüdür.Musiqi dünyanın ən sirli hadisələrindən biridir.Onun ifadə formasısəslər çətin dərk ediləndir.O qeyri-cismanidir və məhz bu səbəbdən onu nə görmək, nə toxunmaq, nə də dadını bilmək mümkün deyildir.V.V.Meduşevskinin fikrincə, "musiqi əsəri dünya haqqında təkrarsız obrazlı fikirləri daşıyan bütöv söyləmlərdir.Lakin yüzlərlə təkrarsız əsərlər sabit təkrarlanan element və qrammatik qaydaları özündə əks etdirir.Bu isə elə musiqidir" [1, s. 120].Musiqini kommunikativ fəaliyyətin əsas növü, musiqi əsərini isə bəstəkarın göndərdiyi və dinləyici tərəfindən qəbul edilən məlumat kimi səciyyələndirmək olar.Bu baxımdan musiqini prinsip etibarı ilə bütün cəmiyyəti bürüyən güclü informasiya prosesi kimi izah etmək daha məqsədəuyğundur.Deməli, musiqi əsəri bəstəkarın dinləyicilərə ötürdüyü informasiyanın daşıyıcısıdır.Bu isə musiqi-kommunikativ aktın həyata keçirilməsi üçün musiqi məlumatlarının mətnlərini törədən və kommunikativ həlqələrlə musiqi-dil qabiliyyətini reallaşdıran musiqi təfəkkürünü əlaqələndirən musiqi dilinin müəyyən sisteminin olmasını şərtləndirir.Öz təbiətinə, mənşəyinə, yerinə yetirdiyi funksiyalara görə dil işarəsi digər işarələr sistemindən fərqlənir.Qeyri-konvensional işarələrdən təşkil olunmuş dil unikal işarələr sistemidir, bütün semiotik sistemlərə münasibətdə mərkəzi mövqe tutur.Musiqi dünyanın xüsusi dərketmə vasitəsidir.Musiqiyə həm də prosessuallıq məxsusdur ki, bu da onu temporal təbiətli incəsənət növləri, məsələn, kino və teatrla doğmalaşdırır.Lakin onun qeyri-əyaniliyi onu digər incəsənət növləri ilə müqayisədə daha çox səsli nitqlə yaxınlaşdırır.Musiqi əsas ölçüləri səs məkanı və zaman olan xüsusi koordinantlar sistemində mövcuddur.Bu ölçülərin hər ikisi musiqinin ilkin xüsusiyyətlərini təşkil edirlər.Lakin mədəniyyətin səsli formalarının bütün oxşarlıqları müqabilində onlar arasında keyfiyyət fərqləri mövcuddur: dil verbal, musiqi averbaldır.Dildə anlam, məna ifadə olunursa, musiqidə yaşantılar ötürülür.Buna görə də musiqi daha geniş şərh diapazonuna malikdir.Heç bir incəsənət növü musiqi qədər azadlıq, estetik həzz bəxş edə bilmir.Dil hər şeyi həmişə ümumiləşdirir, onda yalnız ümumi olanlar mövcuddur, dil üçün istinad nöqtəsi qneseoloji obrazdır -anlayış həmişə mənaya tərəf can atır.Dil təkləri də ötürməyə qadirdir, lakin böyük konstruksiyalarla, mətnlərlə.Musiqi, əksinə, təkcəni, ani olanları ötürür, fərdi yaşantılara, təəssüratlara can atır, onun qneseoloji obrazı təsəvvürlər səviyyəsində təzahür edən obraz-anlamdır.Əsas kommunikativ sistem dildir və Y.M.Lotmanın da qeyd etdiyi kimi, "bütün ikinci modelləşdirici sistemlər də bu və ya digər dərəcədə onun təsirini hiss edirlər"[2, s. 54].E.Nazaykinskinin fikrincə, "dil baxımından yanaşma isə bu və ya digər bədii vasitələr sisteminin xüsusi semantik ehtiyatlarını, qəti sistemli təşkilini aşkar etməyə imkan verir" [3, s. 99].Musiqi insanın səslərdə, intonasiyalarda və formalarda yaşayan canlı psixologiyasıdır.Musiqinin qavranılması onun (musiqinin) incəsənət növü kimi gerçəkliyin xüsusi, estetik, bədii formada əks etdirməyə malik olduğu mənaların başa düşülməsi və dərkinə yönəlmişdir.Musiqinin

Read the paper · More papers on PaperTik